“Ağ qartal” ovu: Ukrayna-Polşa böhranının səbəbi nədir?

      “Ağ qartal” ovu:    Ukrayna-Polşa böhranının səbəbi nədir?
  21 İyun 2026    Oxunub:517
Ukrayna ilə Polşanın arasında diplomatik böhran getdikcə dərinləşir. Dünənə qədər strateji müttəfiq kimi çıxış edən iki ölkənin baş-başa gəlməsi tarixi yaralarla bağlıdır.
Hər şey Ukrayna prezidenti Volodimir Zelenskinin Silahlı Qüvvələrin bölmələrindən birinə “UPA qəhrəmanları” adını verməsilə başladı. UPA – “Украинская Повстанческая Армия” - Ukrayna Qiyamçı Ordusu deməkdir. Ukrayna üçün UPA - XX əsrdə müstəqillik uğrunda mübarizənin simvoludur. Bu hərbi hissələr II Dünya Müharibəsi zamanı həm Almaniyaya, həm də SSRİ-yə qarşı mübarizə aparıblar. Hazırkı müharibənin əsas şüarı olan «Слава Украине! Героям слава!» ifadəsi də UPA-dan gəlir.

Amma eyni zamanda, həmin hərbi hissələr 1943-44-сü illərdə Polşanın Volın vilayətində yerli əhaliyə qarşı etnik təmizləmə və genosid həyata keçirib. Bu, Polşa üçün çox ağrılı tarixi yaddaşdır. Ona görə də Polşa prezidenti Karol Navrotski Zelenskini “UPA qəhrəmanları” adı ilə addımından geri çəkilməyə çağırdı. Ukrayna rəhbərliyi isə “Bizə tariximizi öyrətməyin!” cavabı ilə onun çağırışını rədd etdi.

Bundan sonra Navrotski Zelenskinin layiq görüldüyü “Ağ Qartal” Ordenini ləğv etdi. Ardınca “domino effekti” başladı: Ukraynanın Polşadakı səfiri könüllü şəkildə “Ağ Qartal” ordenindən imtina etdi. Daxili işlər naziri Sibiqa və Prezidentin Ofsinin rəhbəri Budanov da eyni addımı atıblar. Onların sırası genişlənməyə başladı. Ukraynanın sabiq Prezidenti, 1997-ci ildə “Ag Qartal” Ordenilə təltif olunmuş Leonid Kuçma da eyni addımı atdı.

Polşa siyasətçiləri də kompromissiz mövqe tutublar. Onlar bildirblər ki, “quldurları şərəfləndirən” Ukrayna Avropa İttifaqının üzvü olmağa mənəvi cəhətdən hazır deyil. Buna görə də onun namizədliyini dəstəkləməyəcəklər.

Bu hadisə göstərir ki, Rusiya qarşı ortaq nifrətin təsirilə bir araya gəlsələr də, Ukrayna ilə Polşanın arasında çox dərin və köklü tarixi ziddiyyətlər var. Və həmin ziddiyyətlər istənilən, hətta ən əlverişsiz məqamda da üzə çıxaraq, kəskin problemlər yarada bilər.

Vüsal Məmmədov
AzVision.az


Teqlər: Ukrayna   Polşa  



Xəbər lenti