Fransa anomal istilərə hazırlaşır

Fransa anomal istilərə hazırlaşır
  21 İyun 2026    Oxunub:207
Fransa 2003-cü ilin yayında qeydə alınan rekord göstəriciləri geridə qoya biləcək anomal isti dalğasına hazırlaşır.
Ölkənin Milli Meteorologiya Xidmətinin proqnozlarına görə, gələn həftənin əvvəlində ölkədə rekord səviyyədə yüksək temperatur müşahidə oluna bilər. Artıq bu həftə sonu Fransanın 60 departamentində narıncı xəbərdarlıq səviyyəsi elan edilib və temperatur 40°C-ni keçib. Bu, yayın əvvəli üçün xarakterik olan normadan 10-15°C yüksəkdir.

Anomal istilər səbəbindən 70-dən çox qatar reysi ləğv edilib, cümə günü 100-dən çox məktəbdə dərslər dayandırılıb və açıq havada keçirilməsi nəzərdə tutulan onlarla tədbir qadağan olunub.

Yaranmış vəziyyətlə əlaqədar Fransanın Baş naziri səhiyyə, daxili işlər, nəqliyyat, mədəniyyət və təhsil nazirliklərinin fəaliyyətini əlaqələndirmək üçün nazirliklərarası böhran mərkəzi yaradıb.


Teqlər: Fransa   İsti   İqlim  



Xəbər lenti