Sərt pəhrizdən qabaq bu yazını oxuyun
Tədqiqat zamanı bioloqlar qlükoza tolerantlığını, insulinə həssaslığı, qandakı metabolik hormonların səviyyəsini, bağırsaq mikrobiomunun tərkibini, həmçinin yoğun bağırsaq və qaraciyərdə iltihab göstəricilərini ətraflı şəkildə qiymətləndiriblər. Araşdırmanın nəticələri alimlər üçün ciddi narahatlıq yaradıb. Rasionunda saxaroza olmayan gəmiricilərdə aşağıdakı problemlər qeydə alınıb:
• Qanda qlükoza səviyyəsinin tənzimlənməsinin pozulması;
• İnsulinə qarşı müqavimət (prediabet vəziyyəti);
• Bağırsaq mikroflorasında kəskin disbakterioz və mikrob balansının pozulması;
• Bağırsaqlarda iltihab;
• Qaraciyərin piylənməsi (yağlı hepatoz).
Bununla yanaşı, hər iki qrupdakı heyvanların bədən çəkisi demək olar ki, eyni qalıb. Şəkərsiz qidalanan siçanlarda maddələr mübadiləsinin pozulması və daxili iltihabi proseslər çəki artımı olmadan, gizli şəkildə inkişaf edib.
“Az yağlı pəhriz zamanı saxarozanın tamamilə rasiondan çıxarılması gözlənilmədən bağırsaq sağlamlığını pozur və orqanizmdə sistemli iltihabı gücləndirir. Bu isə göstərir ki, balanslaşdırılmış qidalanma şəkərin kor-koranə şəkildə rasiondan çıxarılmasından qat-qat vacibdir”, — deyə doktor Raşid Əhməd bildirib.
Onun sözlərinə görə, karbohidratların müəyyən həcmdə qəbulu bağırsaq mikroflorasının tarazlığının və immun sisteminin normal fəaliyyətinin qorunması üçün həyati əhəmiyyət daşıyır.
Əldə olunan nəticələr gələcəkdə rəsmi qidalanma tövsiyələrinin əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb ola bilər. Belə ki, şəkərə qoyulan sərt qadağalar əvəzinə diqqətin sağlam və müxtəlif bağırsaq mikrobiomunun qorunmasına yönəldilməsi xroniki iltihabların və qaraciyər xəstəliklərinin daha effektiv qarşısının alınmasına kömək edə bilər.
Teqlər: Pəhriz







Vaxtında, Aydın, Lazımlı!


