TANAP-la indiyədək nəql edilmiş qazın həcmi açıqlanıb

TANAP-la indiyədək nəql edilmiş qazın həcmi açıqlanıb
  12 İyun 2026    Oxunub:187
Trans-Anadolu boru kəmərinin (TANAP) istifadəyə verilməsindən indiyədək Türkiyəyə 39,3 milyard kubmetr, ümumilikdə isə 99 milyard kubmetrə yaxın qaz nəql edilib.
Bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bu gün Trans-Anadolu boru kəmərinin (TANAP) istifadəyə verilməsindən 8 il ötür.

TANAP Cənub Qaz Dəhlizinin ən böyük hissəsidir və “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunan qazın Türkiyənin qərb sərhədlərinə qədər nəqlini təmin edir.

12 iyun 2018-ci il tarixində Türkiyədə TANAP-ın birinci fazası istifadəyə verilib. Bu boru kəməri ilə nəql olunan qaz Türkiyəyə və Avropaya ötürülür. 2020-ci ildən kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd. Kubmetr idisə, 2026-cı ildə bu göstəricinin 32 mlrd. kubmetrə çatdırılması planlaşdırılır. TANAP-la bu həcmin bir qismi Türkiyəyə tədarük olunur, qalan hissə isə Transadriatik boru kəməri vasitəsilə Avropaya yönəldilir.


Teqlər:



Xəbər lenti