İran danışıq masasını tərk etdi

  İran danışıq masasını tərk etdi
  22 İyun 2026    Oxunub:315
İsveçrədə ABŞ-İran danışıqları iflasa uğrayıb.
“Tasnim” agentliyi yazır ki, İranın nümayəndə heyəti Trampın sonuncu hədələrinə görə üzr istəməsini tələb edib. Bundan sonra danışıqlar məkanını tərk ediblər.

“Al Mayadeen” kanalı isə bildirib ki, danışıqlar yalnız Trampın son təhdidlərinə görə üzr istəməsindən və İsrailin öz qoşunlarını Livanın cənubundan çıxarmasından sonra bərpa olunacaq.

Qeyd edək ki, Tramp bu gün İran haqqında belə yazmışdı: "Hörmüz boğazını bağlasanız, sizin ölkəniz olmayacaq. Siz hətta lənətə gəlmiş ölkənizə də geri dönə bilməyəcəksiniz. ABŞ Hörmüz boğazının qoruyucu mələyi ola və neftin 20%-ni götürə bilər. Lazım gəlsə, biz boğazı ələ keçirə bilərik. Mən onları darmadağın edərəm. Əgər onlar razılığa gəlməsələr, biz tariflər alacağıq".


Teqlər: İran   ABŞ  



Xəbər lenti