Bu il 14 nəfəri ilan sancıb

Bu il 14 nəfəri ilan sancıb
  23 İyun 2015    Oxunub:2696
“Bu il ilansancma ilə bağlı təcili yardıma müraciət edənlərin sayı 14 nəfər olub”.
Bunu AzVision.az-a açıqlamasında Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib. O, qeyd edib ki, müraciətlərin sayı ötən ilə nisbətən bu il çox olub:

“Həmin şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra onları xəstəxanaya yerləşdiriblər. Hadisələr əsasən Hacıqabul, Bərdə, Yevlax, Qəbələ, Samux ərazilərində qeydə alınıb. Bakı ətrafı ərazilərdə də belə hallar baş verir. Əsasən daş karxanaları ərazilərində həşərat sancma halları olur”.

Azər Maqsudov həmçinin ilan və həşərat sancması zamanı ilkin tibbi yardımın necə göstərilməsindən də danışıb:

“ İlk olaraq xəsarət alan adam hərkətsiz uzadılmalıdır. İlan və həşərat sancan adamı heç vaxt tərpətmək olmaz. Yara spirtlə təmizlənməli və yod vurulmalıdır. Ona çay vermək lazımdır. Qatıq, sarımsaq vermək, yaranı sovurmaq, yandırmaq və s. kimi türkəçarə etmək məsləhət görülmür. Xəstəni təcili olaraq həkimə çatdırmaq lazımdır”.

İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti