DİN “ASAN xidmət” üçün işçi axtarır
Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq, ali təhsilli və xarici dil bilən namizədlərə üstünlük veriləcək.
5 saylı Bakı “ASAN xidmət” Mərkəzinə müsabiqədə iştirak üçün - Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olanlar Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə, Sabirabad “ASAN xidmət” Mərkəzinə müsabiqədə iştirak üçün - Sabirabad və ətraf rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olanlar Sabirabad Rayon Polis Şöbəsinə, Bərdə “ASAN xidmət” Mərkəzinə müsabiqədə iştirak üçün - Bərdə və ətraf rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olanlar Bərdə Rayon Polis Şöbəsinə müraciət edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər iyul ayının 10-dək həftənin iş günləri saat 10-dan 17-dək elanda göstərilən polis orqanlarına müraciət edərək şəxsiyyət vəsiqəsi, təhsil haqqında sənədin əsli və əmək kitabçasını (olanlar üçün) şəxsən təqdim etməlidirlər.
Əlavə məlumat üçün əlaqə telefonları:
(012) 590-95-23 - DİN Baş Kadrlar İdarəsi
(012) 590-82-17 - DİN Baş Kadrlar İdarəsi
(020) 205-28-02 - Bərdə RPŞ
(021) 235-70-56 - Sabirabad RPŞ.
Teqlər: