Artur Rasizadə nazirliyin idarələrini ləğv etdi

Artur Rasizadə nazirliyin idarələrini ləğv etdi
  16 Aprel 2015    Oxunub:4069
Nazirlər Kabineti "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində ərazi kənd təsərrüfatı idarələrinin yaradılması haqqında" 2002-ci il 20 sentyabr tarixli 146 saylı qərarını ləğv edib.
AzVision.az xəbər verir ki, idarələrin ləğvi ilə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərara görə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi müvafiq dövlət orqanları ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll edəcək. Belə ki, sözügedən qərarla nazirliyin regional idarələri ləğv olunur.

Qərar bu il iyunun 1-dən qüvvəyə minəcək.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti