`Ermənistan Qarabağa bərpaolunmaz ziyan vurub`
“Lakin bizi Ermənistandan gələn xarici təhlükə narahat edir. Azərbaycanın zəbt olunmuş ərazilərində işğalçılar ekoloji fəlakət və ətraf mühitin çirklənməsi mənbəyinə çevriliblər. Torpaq, su və havanın çirkləndirilməsi, flora və faunanın məhv edilməsi, köhnəlmiş və bütün region üçün təhlükəli olan Metsamor AES-dən istifadə yolu ilə ermənilər bu ərazilərə bərpaolunmaz ziyan vurublar”, - deyə E. İbrahimov diqqətə çatdırıb. O, əlavə edib ki, bu səbəbdən də komitənin növbəti iclasında həmin məsələnin müzakirəyə çıxarılması vacibdir.
(AzərTAc)