Sabah yağış yağacaq

Sabah yağış yağacaq
  16 May 2013    Oxunub:1235
AzVision.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, sabah buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 16-21 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında isə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 11-16, gündüz 18-23, dağlarda gecə 4-9, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2 gündə Bakıda və Abşeron yarımadasında normadan bir qədər aşağı atmosfer təzyiqi fonunda və rütubətli hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olsa da, digər biometeoroloji amillərin norma daxilində tərəddüdü müsbət amildir.

AzVision.az



Teqlər:  





Xəbər lenti