Azərbaycanda günlük istehsal gücü 300 min m³ su olan zavod tikiləcək

   Azərbaycanda günlük istehsal gücü 300 min m³ su olan zavod tikiləcək
  16 Yanvar 2025    Oxunub:296
İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı zavodu layihəsinin reallaşdırılması üçün 8 fevral 2024-cü ildə elan edilmiş müsabiqənin nəticələri məlum olub.
AzVision.az xəbər verir ki, müsabiqəyə təqdim olunmuş təkliflərin texniki və maliyyə qiymətləndirilməsinin nəticələrinə görə, “ACWA Power” şirkətinin rəhbərlik etdiyi Konsorsiumun təklifi müsabiqə üzrə 1-ci yeri tutub.

Müsabiqədə 2-ci və 3-cü sıralarda isə müvafiq olaraq İsrailin “IDE Water Assets Ltd” və Birləşmiş Ərəb Əmirliklərinin “Metito Utilities Limited” şirkətləri yer alıb.

Qaeyd olunub ki, layihə çərçivəsində konsorsium tərəfindən qoyulacaq investisiya hesabına Sumqayıt Kimya Sənaye Parkında günlük istehsal gücü 300 min m³ su olan zavodun tikintisi planlaşdırılır. Müəssisənin 2,5 il ərzində tikilməsi nəzərdə tutulur. Müqaviləyə əsasən layihənin müddəti 27,5 ildir. Belə ki, konsorsium layihəni bu müddətdə idarə etdikdən sonra müəssisə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin idarəetməsinə keçəcək.

Layihə Bakı şəhəri və Abşeron yarımadasının içməli suya artan tələbatını təmin etmək, şirin su mənbələrini şaxələndirmək, içməli su təchizatı sahəsində beynəlxalq təcrübəni və texnologiya transferini stimullaşdırmaq və xarici sərmayə cəlbi baxımından mühüm töhfədir.

AzVision.az



Teqlər:





Xəbər lenti