Ukraynalı pilotun bir atışla 6 raket vurması rekord hadisədir - "Business Insider"

 Ukraynalı pilotun bir atışla 6 raket vurması rekord hadisədir  - "Business Insider"
  17 Yanvar 2025    Oxunub:383
Dekabrın 13-də Ukraynaya kütləvi raket hücumu zamanı F-16-nı idarə edən ukraynalı pilot bir atışla 6 raketi sıradan çıxarıb. Məlum hadisə Ukrayna Hərbi Hava Qüvvələrinin son illərdə əldə etdiyi fövqəladə irəliləyişi nümayiş etdirir.
Bu fikirlər "Business Insider"də dərc olunan məqalədəndir.

“The Wall Street Journal” F-16 qəzasının təfərrüatlarından yazdı
Nəşr ABŞ Hərbi Hava Qüvvələrində 25 il xidmət etmiş polkovnik Con Veneyblın da fikirlərinə yer ayırıb. O, qeyd edib ki, bu qədər güclü silahın qısa müddətdə havada sıradan çıxarılması yüksək səviyyəli koordinasiya, pilotun həddindən artıq bacarığa malik olmasından xəbər verir. Onun fikrincə belə bir əməliyyat daha çox Qərb hərbi doktrinası üçün xarakterikdir. Sovet-Rusiya hərbi doktrinasında isə bu cür operativlik və yüksək peşəkarlıq nadir hadisədir.

Məqalədə daha çox pilotun peşəkar davranışı önə çəkilib və bir atışla 6 raketin vurulması rekord göstərici kimi təqdim edilib.

Raketlərin havada "tutulması" əslində ağır prosesdir. Bu həm də onları vaxtında aşkar etmək, izləmək üçün kifayət qədər radar tələb edən bir mürəkkəb işdir. Amerikalı veteranın sözlərinə görə, ukraynalı pilotun uğuru əslində onların komandanlığı və Hərbi Hava Qüvvələri haqqında çox şey deyir: "Bu əməliyyat prosesini Ukraynanın Qərbin müharibə aparmaq sisteminə yaxınlaşmasının əlaməti kimi qiymətləndirmək olar. Məsələn, Rusiyanın komanda-idarə heyəti daha çox standart və əvvəlcədən müəyyən edilmiş standartlar üzrə fəaliyyət göstərirlər. Yəni Qərb ölkələrindən fərqli olaraq pilotlara o qədər də sərbəstlik verilmir".

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Pilot   Raket  





Xəbər lenti