Qrenlandiya ABŞ-yə “satılmaq” istəmir

   Qrenlandiya ABŞ-yə    “satılmaq”    istəmir
  17 Yanvar 2025    Oxunub:396
Qrenlandiyanın Sahibkarlıq, Ticarət, Mineral Ehtiyatlar, Ədliyyə və Gender Bərabərliyi naziri Naaya Nathanielsen adanın ABŞ-nin bir hissəsi olmaq istəmədiyini, lakin Vaşinqtonla işgüzar sövdələşməyə hazırdır olduğunu bildirib.
AzVision.az xəbər verir ki. Amerikanın “The Washington Post (WP)” qəzeti üçün köşə yazısında, adanın iqtisadi potensialını diqqətə çatdıran qrenlandiyalı nazir Naaya Natanielsen Amerika şirkətlərini daha sıx əməkdaşlığa dəvət edib.

O, adada ABŞ üçün kritik əhəmiyyət kəsb edən 50 mineraldan 39-nun mövcud olduğunu vurğulayıb. Maraqlısı isə budur ki, tərəflər bu sahədə əməkdaşlıq edir və sonuncu saziş 2019-cu ildə məhz Donald Trampın ilk prezidentliyi dövründə imzalanıb.

“Hazırda Qrenlandiyada mədən lisenziyalarının əksəriyyəti Kanada və Böyük Britaniya – hər birinə 23 - şirkətlərinə məxsusdur. ABŞ-yə yalnız bir lisenziya məxsusdur, amma əminəm ki, bu mənzərə dəyişə bilər”, - xanım Naaya Nathanielsen deyib.

Qrenlandiya neçəyədir?
ABŞ-nin gələcək prezidenti Donald Tramp 2024-cü ilin sonundan etibarən Qrenlandiyaya nəzarət etmək planlarını açıqlayıb. O, bunu “bütün dünyada milli təhlükəsizlik və azadlıq məsələsi” adlandırıb və bu məqsədlə hərbi gücdən istifadə etməyəcəyinə söz verməyib. Danimarkanın baş naziri Mette Frederiksen isə vurğulayıb ki, adanın müstəqilliyi məsələsini yalnız onun sakinləri həll etməlidir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Qrenlandiya   Natainelsen   ABŞ  





Xəbər lenti