Ötən il metroda qatar yoluna düşən 2 nəfər ölüb

Ötən il metroda qatar yoluna düşən 2 nəfər ölüb
  16 Yanvar 2025    Oxunub:324
2024-cü ildə Bakı metrosunda 374 nəfərə İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati protokol tərtib olunub.
AzVision.az bu barədə "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir. Məlumata görə, ötən il 33 sərnişin əşyasını götürmək üçün stansiya yoluna düşüb, 2 nəfər ehtiyatsızlıq səbəbindən yıxılaraq təhlükəli vəziyyət yaradıb.

Qatar stansiyaya daxil olarkən 3 nəfər stansiya yoluna düşüb: 2 nəfər həyatını itirib, 1 nəfər ağır xəsarət alıb. 19 nəfər stansiya yoluna məhz əşya atdığı üçün cərimələnib.

İnzibati Xətalar Məcəlləsinə əsasən, dəmir yoluna hər hansı əşya atmağa görə 200 manat, özbaşına dəmir yoluna düşməyə görə isə 50 manat cərimə tətbiq olunur.

AzVision.az



Teqlər:





Xəbər lenti