Marko Rubio Ukraynada münaqişənin həllindən danışıb

Marko Rubio Ukraynada münaqişənin həllindən danışıb
  16 Yanvar 2025    Oxunub:280
Ağ Evin yeni administrasiyasında Dövlət katibi vəzifəsinə namizəd olan Marko Rubio Kiyevin NATO-ya üzvlük ideyasından geri çəkilməsinin Rusiya ilə münaqişənin həllinə necə təsir göstərə biləcəyinə aydınlıq gətirib.
AzVision.az xəbər verir ki, Marko Rubio istənilən halda diplomatik güzəştlərə gedilməsinin qaçılmaz olduğunu bildirib.

“Əgər biz münaqişəyə son qoymaqla bağlı vicdanlı olmaq istəyiriksə, əsl diplomatiya bu danışıqlarda iştirak edən hər bir tərəfdən güzəşt tələb edəcək. Diplomatiyanın təbiəti budur”, - ABŞ-nin gələcək Dövlət katibi deyib.

Lakin “sizin fikrnizcə, belə bir ssenari nəzərdən keçirilməlidirmi?” sualına o, birbaşa cavab verməyib. Namizəd vurğulayıb ki, münaqişənin uğurla başa çatdırılması real yanaşma tələb edir və burada bütün tərəflər bir-birinin maraqlarını nəzərə almalıdır.

- Müvafiq şərtlər yerinə yetirilərsə, Rusiyaya qarşı sanksiyaların yumşaldılması məsələsi danışıqların tərkib hissəsinə çevrilə bilər. Birləşmiş Ştatlar isə münaqişənin həllinə yönəlmiş gələcək danışıqların fəal iştirakçısı olmalı və onun sülh yolu ilə həllinə nail olmağa çalışmalıdır”, - Mark Rubio vurğulayıb.

Qeyd edək ki, siyasətçi bu fikirləri Senatda Dövlət katibi vəzifəsinə onun namizədliyinin təsdiqlnməsi barədə keçirilən dinləmələr zamanı səsləndirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rubio   Rusiya   Ukrayna  





Xəbər lenti