Trampın administrasiyası ölkədə “TikTok” sosial şəbəkəsini saxlamağa çalışır

Trampın administrasiyası ölkədə “TikTok” sosial şəbəkəsini saxlamağa çalışır
  16 Yanvar 2025    Oxunub:279
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası “TikTok” sosial şəbəkəsini ölkədə saxlamağın yolunu tapmağa çalışır.
AzVision.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Trampın gələcək administrasiyasının milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts bu barədə “Fox News” telekanalına müsahibəsində deyib.

“TikTok” fantastik platformadır. Mən onun telefonumda olmasını çox istərdim. Alqoritm heyrətamizdir. Biz bunu qorumaq üçün bir yol tapacağıq”, - Uolts qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti