Sobolev: “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir”

      Sobolev:    “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir”
  16 Yanvar 2025    Oxunub:292
Ermənistanla ABŞ arasında imzalanmış əməkdaşlıq sazişi, eləcə də yeni seçilmiş ABŞ prezidenti Donald Trampın ölkəsinin təsirini genişləndirmək üzrə iddialı planları onun Rusiyanın ən ciddi rəqiblərindən birinə çevriləcəyini göstərir.
AzVision.az xəbər verir ki, Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Viktor Sobolev belə bəyanatla çıxış edib. Mövcud vəziyyəti “Rusiyanın Cənubi Qafqazdakı maraqları üçün son dərəcə təhlükəli” adlandıran rusiyalı deputat ABŞ-Ermənistan sazişi kimi razılaşmaların Moskvanın geosiyasi maraqlarına zidd olduğunu deyib.

“Axı indi ABŞ-da iqtidarda axsayan və yıxılan Bayden yox, Trampdır. O, Amerikanı "böyük" etmək istəyən bir adamdır və belə böyüklük bizə qətiyyən lazım deyil. Ermənistana girməsi onun bizim düşmənimiz olacağına bir siqnaldır və yəqin ki, ən ciddi düşmənimiz olacaq. Təbii ki, Ermənistan artıq belə bir müqavilə bağlayıbsa, onun Rusiyaya əleyhdarına çevrilməsi riski var”, - Viktor Sobelev vurğulayıb.

Paşinyan Rusiyanın təhdidlərindən narahatdır
Qeyd edək ki, İrəvanın son vaxtlar açıq-aşkar anti-Rusiya siyasəti Moskvada ciddi narazılıq doğurur. Bu baxımdan, rusiyalı deputatın Ermənistanın növbəti anti-Rusiya layihəsinə çevrilə biləcəyini deməsi ən azı təəccüb doğurur. Maraqlıdır ki, Viktor Sobolev də daxil olmaqla, Rusiyanın bütün siyasi isteblişmenti üçün hətta Alman faşizminin əlaltısı Qaregin Njdeyə İrəvanda ucaldılmış abidə də ibrət dərsi rolunu oynamır. Tarixi faktlar isə, sübut edir ki, öz naqis məqsədlərini həyata keçirmək üçün ruslardan çox istifadə edən erməni etnofundamentalistləri fürsət düşən kimi onlara arxadan zərbə vurublar.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Sobolev   Ermənistan   təhdid  





Xəbər lenti