İsrail HƏMAS-la razılaşmanın ilk mərhələsində 2 min fələstinlini azad edəcək

İsrail HƏMAS-la razılaşmanın ilk mərhələsində 2 min fələstinlini azad edəcək
  17 Yanvar 2025    Oxunub:326
Yanvarın 16-da Dohada İsrail və Fələstinin HƏMAS hərəkatı arasında girovların azad edilməsi və Qəzza zolağında atəşkəs əldə edilməsinə dair imzalanan sazişin birinci mərhələsində 33 israilli əsirin azad edilməsi müqabilində 2 min fələstinli məhbus sərbəst buraxılacaq.
AzVision.az xəbər verir ki, bu barədə “Jerusalem Post” məlumat yayıb.

Nəşrin məlumatına görə, sazişin birinci mərhələsi 42 gün davam edəcək və onun icrası iki-üç gün sonra başlanacaq.

Atəşkəs qərarı İsraildə etirazlar doğurub
Əvvəlcə 33 girov azad ediləcək: qadınlar və uşaqlar, qadın əsgərlər, daha sonra 50 yaşdan yuxarı kişilər və "humanitar iş" kimi müəyyən edilən gənclər. Bunun müqabilində İsrail həbsxanalarında saxlanılan 2000 məhkum terrorçunu, o cümlədən 2023-cü il 7 oktyabrda baş verən hadisələrindən sonra saxlanılan minə yaxın insan sərbəst buraxılacaq. Mübadilə üçün təsdiqlənmiş fələstinli məhbuslardan 250-yə yaxını ömürlük həbs cəzasını çəkir. Qəzet qeyd edir ki, sövdələşmə çərçivəsində 2023-cü il oktyabrın 7-də İsrailə hücumda birbaşa iştirak edən terrorçuların heç biri azad edilməyəcək.

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahunun ofisi yanvarın 16-da Dohada Qəzza zolağında girovların azad edilməsi və atəşkəs haqqında sazişin İsrail, Fələstinin HƏMAS hərəkatı, ABŞ və Qətər tərəfindən imzalandığını təsdiqləyib. Ofisin bəyanatına görə, təhlükəsizlik kabineti sazişi təsdiqləmək üçün toplanacaq, ardınca isə hökumətin tam iclası keçiriləcək. Səsvermə yanvarın 18-də keçiriləcək.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   İsrail   HƏMAS  





Xəbər lenti