BMT ali komissarı Suriyaya qarşı sanksiyaların ləvğini tələb edəcək
Ali komissar Suriya hökuməti yenidənqurma prosesinin çətinliklərinin öhdəsindən gələ bilsin deyə, Suriyaya qarşı sanksiyaların ləğv olunmasını qətiyyətli şəkildə tələb edəcəyini deyib.
Qeyd edək ki, bu gün Birləşmiş Millətlər Təşkilatının Ali Komissarı Suriya hakimiyyətinin yeni lideri Əhməd Əş-Şara ilə görüş keçirib.
Görüşdən sonra keçirdiyi mətbuat konfransında Volkner Türk, Suriyada keçid dövründə insan haqları və ədalət sahəsində bir sıra çağırışların olduğunu diqqətə çatdırıb.
“Suriyalıların ölkənin bərpası üçün bütün mümkün yardımlara ehtiyacı var”, - deyə o əlavə edib.
AzVision.az
Teqlər: