Böyük Britaniya Ukraynaya yeni “Gravehawk” HHM sistemi təhvil verəcək
Baş nazir bildirib ki, bu il Böyük Britaniya Ukraynaya əvvəlkindən daha çox hərbi yardım göstərəcək.
Böyük Britaniya Ukraynaya 150 artilleriya qurğusu və yeni mobil hava hücumundan müdafiə sistemi təhvil verəcək.
Qeyd edək ki, dekabrda Böyük Britaniyanın müdafiə naziri Lyuk Pollard Ukraynanın onlardan artıq 12,8 milyard funt sterlinq yardım aldığını bildirib.
Böyük Britaniyanın xarici işlər üzrə dövlət katibi Devid Lemmi isə açıqlaması zamanı ölkəsinin Ukrayna ordusuna yardım üçün hər il üç milyard funt sterlinq ayıracağını bildirmişdi.
AzVision.az
Teqlər: