Mədəniyyət naziri AQEM-in baş katibi ilə görüşüb
Baş katib Kayrat Sarıbay Azərbaycanın AQEM-in sədrliyinin uğurla davam etdiyini, qurumun gələcək fəaliyyətində əhəmiyyətli rol oynadığını bildirib. Deyib ki, son zamanlar mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlıq məsələləri də təşkilatın fəaliyyətində yer alır.
Söhbət zamanı üzv ölkələr arasında mədəni əməkdaşlığın inkişafına mühüm töhfə verə biləcəyi vurğulanıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin liderliyində Azərbaycan Respublikası qlobal miqyasda mədəniyyətlərarası dialoqun genişləndirilməsi istiqamətində diqqətəlayiq işlər görür, bu sahədə bütün təşəbbüslərə dəstək verir.
Görüşdə mədəni irsin qorunması, təbliği, yaradıcı sənayelər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: