Cekuta bu gün Bakıya gəlir

Cekuta bu gün Bakıya gəlir
  12 Fevral 2015    Oxunub:1351
ABŞ-ın Azərbaycandakı yeni səfiri Robert Cekuta bu gün Bakıya gələcək.
Səfirlikdən AzVision.az-a daxil olan məlumata görə, səfir bu gün axşam saat 20-21 arası Bakıda olacaq.

Eyni zamanda, səfirlikdən qeyd edilib ki, Robert Cekuta Heydər Əliyev adına Beynəlxalq Hava Limanında jurnalistlərlə görüşəcək.

Qeyd edək ki, Cekuta Dövlət Katibinin Enerji Resursları üzrə Bürosunda çalışıb. O, büronun şəffaflıq və enerjiyə çıxışı ilə bağlı işlərinə nəzarət edib.

Robert Cekuta diplomat kimi Tokyoda və Berlində xidmət edib.

Robert Cekuta Corctaun Universitetinin məzunudur. O, Thunderbird Qlobal Menecment Məktəbindən və Milli Müharibə Kollecindən magistr dərəcələri alıb.

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:  





Xəbər lenti