Bakı-Sumqayıt yolunda tıxac

Bakı-Sumqayıt yolunda tıxac
  12 Fevral 2015    Oxunub:1308
Bu gün səhər saatlarından etibarən Bakı-Sumqayıt şosesində (Bakı istiqamətində) böyük tıxac yaranıb.

AzVision.az
xəbər veri ki, tıxac Xırdalan dairəsindən başlayır və Moskva prospektinə (Şamaxinka adlanan ərazi) qədər uzanır.

Qeyd edək ki, tıxacın yaranmasına səbəb kimi Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında baş verən yol-nəqliyyat hadisəsidir. Hadisə “KamAZ” və “VAZ 2107” markalı avtomobillərinin toqquşması nəticəsində baş verib.

Nəqliyyat vasitələrinin axınında müşahidə olunan sıxlığın digər səbəbi adıçəkilən şose üzərində yerləşən körpüdə uzun müddətdir aparılan tikinti-yenidənqurma işləridir.

AzVision.az


Teqlər:  





Xəbər lenti