Deputatlarımız NATO-nun sessiyasına qatılacaq

Deputatlarımız NATO-nun sessiyasına qatılacaq
  15 May 2013    Oxunub:1299
Sessiyanın iclaslarında Suriyada müharibənin regional təhlükəsizlik üçün nəticələri ətrafında da fikir mübadiləsi aparılacaqdır.
Mayın 17-də Lüksemburqda NATO Parlament Assambleyasının yaz sessiyası işə başlayacaqdır. Milli Məclisdən AzVision.az-a verilən məlumata görə, sessiyada Azərbaycanı Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcəkdir. Nümayəndə heyətinin tərkibinə deputatlardan Siyavuş Novruzov, Tahir Süleymanov və Məlahət İbrahimqızı daxildirlər.

Sessiyanın iclaslarında Suriyada müharibənin regional təhlükəsizlik üçün nəticələri, NATO-nun Mərkəzi Asiya ilə tərəfdaşlığı, Məlumatların mühafizəsi və kiber təhlükəsizlik, Gürcüstanın Avro-atlantik məkana inteqrasiyası, Şimali Amerikada qeyri-adi qaz bumunun geosiyasi nəticələri, əməliyyatlarda və çoxtərəfli əməkdaşlıqda Lüksemburqun iştirakı, Əfqanıstanın gələcəyi, Raketdən müdafiə sahəsində son proseslər, NATO hərbçiləri üçün yeni enerji ideyaları və digər mövzularda məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaqdır.

NATO Parlament Assambleyasının yaz sessiyası mayın 20-də başa çatacaqdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti