Milli Məclisdən magistr və doktorantlara müjdə

Milli Məclisdən magistr və doktorantlara müjdə
  15 May 2013    Oxunub:1158
Magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi Milli Məclisdə müzakirəyə çıxarılır
Mayın 17-də keçiriləcək Milli Məclisin Elm və təhsil komitəsinin iclasında “Elm haqqında” qanun layihəsi müzakirə ediləcək.

Elm və təhsil komitəsinin üzvü, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov Apa-ya açıqlamasında bildirib ki, qanun layihəsində Azərbaycanda magistratura və doktorantura pilləsində təhsil alan tələbələrin hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi kəskin şəkildə qoyulub.

Onun sözlərinə görə, magistratura və doktorantura pilləsində təhsil alan oğlan tələbələrin hərbi xidmətdən azad olunması ilə təhsilin, elmin inkişafını stimullaşdırmaq lazımdır: “Bir faktı qeyd edim ki, son illər doktoranturaya qəbul olanların 80-85%-i qızlar, 15%-i isə oğlanlardır. Oğlanların isə 80-85%-i qiyabi təhsil alanlardır. Deməli, bir il ərzində 1-2 oğlan tələbə əyani şöbəyə daxil olur və ya olmur. Qızları isə müəyyən işlərə cəlb edilir, lakin bəzi müddətdən sonra onların problemləri ortaya çıxır. Belə olduğu halda indiki elm müharibəsinə kimlərlə gedirik? Biz gender bərabərliyinə hörmətlə yanaşmalıyıq. Artıq bu vəziyyətdə balans pozulub. Yəni çox çətin bir vəziyyət yaranıb. Gəncləri, xüsusilə oğlanları fundamental elm sahəsinə cəlb etmək lazımdır. Əvvəllər fizika, tarix, riyaziyyat, kibernetika, coğrafiya və digər fakültələrdə 1-2 qız olduğu halda, qalanları oğlan olurdu. Amma indi elə qrup var ki, orada heç oğlan yoxdur. Magistrləri də hərbi xidmətə aparırlarsa, deməli, yenə də elmi qızlarla inkişaf etdirmək lazımdır. Ona görə də disbalansı, qeyri-mütənasibliyi aradan qaldırmaq üçün hələlik ilk addım olaraq magistraturada təhsil alanlara müvəqqəti olaraq icazə verilməlidir. Belə olduqda oğlanların sayı artar ki, bu da gələcək universitetlərin kadr potensialının artmasına şərait yaradar”.


Teqlər:  





Xəbər lenti