Şeyxin İrana səfər tarixi məlum olub

Şeyxin İrana səfər tarixi məlum olub
  15 May 2013    Oxunub:1289
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin İrana səfər tarixi dəqiqləşib.
A.Paşazadə İran prezidenti Mahmud Əhmədinejatın 4 ay əvvəl etdiyi dəvət əsasında mayın 18-də Tehrana səfər edəcək.

Səfər çərçivəsində Şeyxin İran prezidenti ilə yanaşı, İranın ali dini lideri Seyid Əli Xamneyi və digər rəsmilərlə görüşü nəzərdə tutulur.

QMİ sədrinin səfər çərçivəsində İranda həbsdə olan AMEA-nın əməkdaşı Xalidə Xalidin və onun sürücüsü Şamxal Hüseynovun azad olunması ilə bağlı müzakirələr aparması da gözlənilir. (apa)



Teqlər:





Xəbər lenti