Azad Rəhimov sabah vətəndaşlarla görüşəcək

Azad Rəhimov sabah vətəndaşlarla görüşəcək
  11 May 2013    Oxunub:1227
Sabah gənclər və idman naziri Mingəçevirdə vətəndaşları qəbul edəcək
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, gənclər və idman naziri Azad Rəhimov sabah saat 11-də Mingəçevir şəhərində vətəndaşların qəbulu keçiriləcək. Qəbulda Mingəçevir, Ağdaş, Bərdə, Tərtər, Goyçay, Kürdəmir, Ucar, Zərdab, Yevlax və Ağsu rayon sakinləri iştirak edəcək.

Qəbul saat 11-00-da Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində (Mingəçevir şəhəri, 20 Yanvar küçəsi) başlanacaq.


Teqlər:





Xəbər lenti