Bayden: "Ukraynada öldürüləcəyimdən narahat idim" |
“Dedim ki, biz artıq oradan (Ukraynadan - red. ) nüvə silahını çıxarmışıq. Avropadakı taktiki nüvə silahları hamını, o cümlədən rusları qorxudur. Mən bunu ona aydınlaşdırdım. O, mənə Ukraynada nüvə silahının olmayacağına əmin olmaq istədiyini söylədi. Mən dedim ki, bu problem deyil. Onlar orada yoxdur. Biz onu geri qaytarmaq fikrində deyilik və o (Ukrayna) sistemini əhəmiyyətli dərəcədə dəyişdirənə qədər NATO-nun bir hissəsi olmayacaq. Putinə dedim ki, ABŞ Ukraynanın “böyüməsinə” kömək etməyə davam edəcək, lakin bu iki hadisə (Ukraynaya nüvə silahı verilməsi və onun NATO-ya daxil olması - red.) baş tutmayacaq. Amma siz ora girməyəcəksiniz və onları zəbt etməyəcəksiniz”, - Co Bayden vurğulayıb.
Qeyd edək ki, hələ Rusiyanın genişmiqyaslı hərbi müdaxiləsindən əvvəl rəsmi Kiyevin və onun Qərbdəki müttəfiqlərinin Ukraynanın NATO-ya üzv olması üçün israrlı siyasət apardığını nəzərə alsaq, Co Baydenin dediklərinin həqiqət olduğu böyük şübhə doğurur. Belə ki, Vladimir Putinə belə vəd verildiyi halda, Ukraynanı zor-xoş Şimali Atalantika Alyansına sürükləmə siyasəti heç bir sağlam məntiqə sığmır.
Maraqlıdır ki, bu müsahibədə Co Bayden Ukraynaya səfəri zamanı belə fürsəti əldən vermək istəməyən Rusiyanın onunla “haqq-hesab çürütməyə” cəhd göstərəcəyini düşündüyünü də söyləyib.
Sahil İsgəndərov
AzVision.az