Tramp ənənəni pozaraq xarici liderləri inauqurasiyasına dəvət edib

Tramp ənənəni pozaraq xarici liderləri inauqurasiyasına dəvət edib
  17 Yanvar 2025    Oxunub:303
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp andiçmə mərasiminə xarici liderləri dəvət etməklə faktiki olaraq ənənənin əksinə getməyə qərar verib.
AzVision.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Bildirilib ki, Çin lideri Si Cinpin tədbirə dəvət alıb. Bununla belə, Çin Xarici İşlər Nazirliyi elan edib ki, onun yerinə prezidentin müavini Han Çjen andiçmə mərasimində iştirak edəcək. Çin tərəfinin qərarını şərh edən agentlik qeyd edir ki, bundan əvvəl heç bir dövlət başçısı andiçmə mərasimi ilə əlaqədar ABŞ-yə rəsmi səfər etməyib.

Tramp milyarderlərin qarşısında and içəcək
Bundan əlavə digər dövlətlərin rəhbərləri də inauqurasiya mərasiminə dəvət alıblar. Xüsusilə onların arasında Argentina prezidenti Xavyer Miley və İtaliyanın baş naziri Corca Meloni var. Mərasimə Ekvador prezidenti Daniel Noboa və Paraqvayın lideri Santyaqo Penya da dəvət olunub. Onlar artıq orada iştirak etməyə hazır olduqlarını təsdiqləyiblər. Bundan başqa, ABŞ Prezidentinin inauqurasiyasında ilk dəfə olaraq Yaponiyanı Xarici İşlər Nazirliyinin rəhbəri təmsil edəcək.

Daha əvvəl Trampın mətbuat katibi Karolin Livitt “Fox News” telekanalına müsahibəsində bildirmişdi ki, Tramp xarici liderləri dəvət etməklə “təkcə müttəfiqlərlə deyil, həm də düşmənlər və rəqiblərlə” açıq dialoq apardığını göstərmək istəyib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   DonaldTramp  





Xəbər lenti