Blinken: Tramp Ukrayna üçün yaxşı sövdələşməyə nail ola bilər

      Blinken:    Tramp Ukrayna üçün yaxşı sövdələşməyə nail ola bilər
  17 Yanvar 2025    Oxunub:303
"ABŞ-nin yeni seçilmiş prezidenti, respublikaçıların lideri Donald Tramp Ukrayna üçün yaxşı sövdələşməyə nail ola bilər".
AzVision.az Almaniyanın NTV telekanalına istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken deyib.

O bildirib ki, Tramp iqtidarı yaxşı və güclü sülh sazişi üçün çalışacaq: “Əminəm ki, ukraynalılar istəsə, yeni administrasiya əlverişli sazişin bağlanmasına kömək edə biləcək”.

Bundan əlavə, Blinken ABŞ-nin hazırkı Prezidenti Cozef Baydenin administrasiyası və digər beynəlxalq tərəfdaşları sayəsində Rusiyanın Ukraynanı özünə tabe edə bilmədiyini də vurğulayıb.

Qeyd edək ki, Tramp daha əvvəl hakimiyyətə gələndən etibarən 100 gün ərzində müharibəni bitirmək üçün çalışacağını bildirmişdi. Ukrayna Prezidenti Volodimir Zelenski isə savaşın bu il başa çatması üçün lazım olan hər şeyi edəcəyini söyləyib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti