Prezident “Qış bulvarı”nın açılışında

Prezident “Qış bulvarı”nın açılışında
  10 May 2013    Oxunub:1354
Prezident İlham Əliyev Bakıda yeni park kompleksinin açılışına qatılıb.
Bakının Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında inşa edilən yeraltı avtomobil dayanacağının üstündəki istirahət park kompleksinin açılışı olub.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimində iştirak ediblər.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verib ki, yeni salınan bu kompleks şəhərin içərisində ən böyük parkdır.

Bildirilib ki, 7 hektar ərazisi olan parkın 29 min kvadratmetrlik sahəsinə qranit plitə döşənib. Park kompleksinin 6 min kvadratmetrlik sahəsinə asfalt örtük salınıb. Kompleksin 35 min kvadratmetrlik ərazisi yaşıllaşdırılıb. Parkda ən müasir tələblərə cavab verən 5 fəvvarə inşa olunub.





Teqlər:  





Xəbər lenti