Regiondakı dini vəziyyət müzakirə edildi

Regiondakı dini vəziyyət müzakirə edildi
  24 Dekabr 2014    Oxunub:1203
Dekabrın 23-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başqanlığının nümayəndə heyətini qəbul edib.
Komitənin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qəbulda Diyanət İşləri Başqanlığının Ali Şurasının üzvləri professorlar İlyas Üzüm, Mehmet Keskin, həmçinin, Diyanət İşləri Başqanlığının təqvimlər üzrə astronomu İlham Aşıq Kaya və Türkiyənin ölkəmizdəki səfirliyinin Din Xidmətləri müşaviri Sadiq Əraslan iştirak ediblər.

Görüşdə Dövlət Komitəsinin sədri Türkiyə-Azərbaycan münasibətlərindən danışaraq bildirib ki, iki qardaş ölkənin əlaqələri tarixi köklərə və ortaq dəyərlərə əsaslanır.

Azərbaycanla Türkiyə arasında bütün sahələrdə, o cümlədən din sahəsində əməkdaşlıq yüksək səviyyədə qurulub. Mübariz Qurbanlı bu əlaqələrin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə, həmçinin, gələcəkdə qarşılıqlı əməkdaşlığın və birgə layihələrin perspektivləri müzakirə edilib.


Teqlər:





Xəbər lenti