Bakıda binada yanğın, ölənlər və yaralananlar var

Bakıda binada yanğın, ölənlər və yaralananlar var
  09 May 2013    Oxunub:1578
Bakıda yaşayış binasında baş verən yanğın zamanı biri 3 yaşlı uşaq olmaqla 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Yasamal rayonunda ümumi sahəsi 100 kv.m olan ikimərtəbəli kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus 2 otaqlı mənzilin dəhlizinin və hamamının yanar konstruksiyaları 42 kv.m sahədə və vətəndaşa məxsus ümumi sahəsi 76 kv.m olan qonşu mənzilin tavanı 8 kv.m sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı mənzildə yaşayan 2 nəfər, 2010-cu il təvəllüdlü Əhmədov Rauf Zahid oğlunun və 1949-cu il təvəllüdlü Korolyova Valentina Pavlovnanın meyitləri aşkar olunub.

Bundan əlavə, yanğın zamanı 2 nəfər yanıq xəsarəti almış və 1 nəfər tüstüdən zəhərlənib. Meyitlər aidiyyatı üzrə təhvil verilib. Yaşayış binasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 17:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti