`ASAN xidmət` Hacıqabulda

`ASAN xidmət` Hacıqabulda
  11 Dekabr 2014    Oxunub:1283
“ASAN xidmət”in səyyar xidməti Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar işlərin səmərəli təşkili üçün Hacıqabul rayonunda işlərə başlayıb. Yevlax və Goranboy rayonlarında isə işlər davam edir.
Bu barədə müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Anar Hüseynov deyib. O, qeyd edib ki, Prezident İlham Əliyevin 2014-cü il 10 sentyabr tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar bu boru kəməri keçəcək ərazilərdə müvafiq torpaq sahələrinə və digər daşınmaz əmlak obyektlərinə dair hüquqların əldə edilməsi prosesinin daha səmərəli həyata keçirilməsi üçün bəzi xidmətlərin mobil “ASAN xidmət” nəqliyyat vasitələri ilə səyyar formada göstərilməsinin təşkil edilməsi tapşırılıb.

Sentyabrın 20-dən Fərmandan irəli gələn məsələlərin icrasına başlanılıb. Həmin gündən bu günədək artıq 7 rayonda işlər yekunlaşıb. Gələcəkdə 4 rayonda - Samux, Şəmkir, Tovuz və Ağstafada bu layihə ilə əlaqədar işlər həyata keçiriləcək.


Teqlər:





Xəbər lenti