Sərhəddə narkotik əməliyyatı - tutulanlar var

Sərhəddə narkotik əməliyyatı - tutulanlar var
  11 Dekabr 2014    Oxunub:1535
Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə külli miqdarda, ümumi çəkisi 11 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
DSX-nin saytında bu gün yerləşdirilmiş məlumata görə, dekabrın 6-da Bakı-Astara yolunun Biləsuvar-Cəlilabad hissəsində həyata keçirilmiş qabaqlayıcı əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayon sakinləri 15.11.1970-ci il təvəllüdlü Hüseynov Fuad İsmayıl oğlu və 10.10.1978-ci il təvəllüdlü Bağırov İlqar Qurban oğlu narkotik vasitə olan 10 kq tiryək və 1 kq heroinlə saxlanılıblar.

AzVision.az


Teqlər:  





Xəbər lenti