27 cinayətin üstü açıldı - DİN

27 cinayətin üstü açıldı - DİN
  09 Dekabr 2014    Oxunub:1064
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 55 cinayət faktı qeydə alınıb, onların da 27-si “isti izlər”lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 15 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 21 nəfər tutulub.


Teqlər:





Xəbər lenti