Cənubi Qafqaz Forumu başladı - FOTOLAR

Cənubi Qafqaz Forumu başladı - FOTOLAR
  07 May 2013    Oxunub:1315
Forumun açılışında Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva də iştirak edir.
Bakıda Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə Cənubi Qafqaz Forumu başlayıb.

İki gün davam edəcək foruma İordaniya kraliçası xanım Nur, BMT Baş Katibinin xüsusi müşaviri Nafis Sadek, Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl və bir sıra ölkələrin sabiq prezidentləri ilə yanaşı, ümumilikdə dünyanın 40-dan çox ölkəsindən 200-ə yaxın tanınmış ictimai-siyasi xadim qatılıb.

Forumda qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, Dağlıq Qarabağ münaqişəsi və bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət müzakirə olunacaq.(apa)

Qalereya




Teqlər:  





Xəbər lenti