İlham Əliyev federasiya prezidentlərini qəbul edib

İlham Əliyev federasiya prezidentlərini qəbul edib
  03 May 2013    Oxunub:1069
Prezident Cüdo və Beynəlxalq Avtomobil federasiyalarının prezidentlərini qəbul edib.
Azərbaycan Prezidenti İlham Əliyev Cüdo Federasiyasının prezidenti Marius Vizeri və Beynəlxalq Avtomobil Federasiyasının prezidenti, "Formula 1"də Ferrari komandasının baş idman direktoru Jan Todu qəbul edib.

Görüşdə Azərbaycanda idmana göstərilən yüksək dövlət qayğısından danışılıb, idmanın bütün sahələrinin inkişafı üçün yaradılan infrastruktur layihələrinin önəmi qeyd olunub, ölkəmizdə avtomobil idmanı növlərinin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

Azərbaycandakı müvafiq qurumlarla Beynəlxalq Avtomobil Federasiyası arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı Cüdo Federasiyasının prezidenti Marius Vizerin və Beynəlxalq Avtomobil Federasiyasının prezidenti, "Formula 1"də Ferrari komandasının baş idman direktoru Jan Todun Azərbaycana səfərinin bu təşkilatlarla ölkəmizin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.


Teqlər:  





Xəbər lenti