İlham Əliyev Sumqayıtda açılışlar etdi

İlham Əliyev Sumqayıtda açılışlar etdi
  03 May 2013    Oxunub:1059
Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfər edib.
Dövlət başçısı əvvəlcə Heydər Əliyevin xatirəsini yad edib, onun abidəsi önünə gül dəstəsi qoyub.

Azərbaycan prezidenti Sumqayıtda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.

Sonra prezident Cümə Məscidində əsaslı təmirdən sonra yaradılmış şəraitlə tanış olub.

Daha sonra dövlət başçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıtda “ASAN xidmət” mərkəzinin istifadəyə verilməsi mərasimində iştirak edib.

Prezident “Gilan” Tekstil Kompleksinin açılışında da iştirak edib.


Teqlər:  





Xəbər lenti