Sabah 32 dərəcə isti olacaq

Sabah 32 dərəcə isti olacaq
  03 May 2013    Oxunub:1289
Havanın temperaturunun gecə 10-15, gündüz 20-25, bəzi yerlərdə 29 dərəcəyədək isti olacağı gözlənilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə Bakıda və Abşeron yarımadasında mayın 04-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 10-15, gündüz 20-25, bəzi yerlərdə 29 dərəcəyədək isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında mayın 04-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 25-30, bəzi yerlərdə 32 dərəcəyədək isti, dağlarda gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə 25 dərəcəyədək isti olacaq.
Aqrometeoroloji məlumat mayın 03-05-də Azərbaycan rayonlarında isti və əsasən yağıntısız və bəzi rayonlarda səhər saatlarında dumanlı hava şəraiti ehtimal edilir ki, bu da kənd təsərrüfatı bitkilərinin inkişafı və böyüməsi, səpin və aqrotexniki işlərin aparılması üçün əlverişli olacaq. Qışlaqlarda səhər saatlarında ehtimal edilən dumanlar mal-qaranın otarılmasıni bir qədər çətinləşdirə bilər.


Teqlər:  





Xəbər lenti