Alman tələbə Bakıda öldürüldü

Alman tələbə Bakıda öldürüldü
  03 May 2013    Oxunub:1632
Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib.
Rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, istintaqa malum olmayan şəxs üzərində olan bıçaqla 21yaşlı alman vətəndaşı, Bakı şəhəri, Binəqədi rayonu sakini Vüsal Şilder Adolfa qəsdən bıçaqlanıb.

Bədəninin müxtəlif nahiyələrindən deşici-kəsici xəsarətlər alan vətəndaş hadisə yerindəcə keçinib.

Daxil olmuş məlumat əsasında məhkəmə-tibb ekspertinin iştirakı ilə fotoçəkiliş aparılmaqla hadisə yerinə və meyitə baxış keçirilib, hadisə yerində aşkar olunmuş qan nümunələri müvafıq qaydada qablaşdırılaraq götürülüb, baxış başa çatdıqdan sonra Vüsal Şilderin meyiti daxili müayinə olunması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyiııin MTE və PA Birliyinin Nərimanov rayon şöbəsinin meyitxanasına göndərilərək iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti