Prezident Avropa İttifaqının nümayəndələrini qəbul edib

Prezident Avropa İttifaqının nümayəndələrini qəbul edib
  03 May 2013    Oxunub:1062
İlham Əliyev Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Fülenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə ölkəmizlə Avropa İttifaqı arasında uğurlu əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu, münasibətlərimizin genişlənməsində qarşılıqlı səfərlərin önəmi qeyd edildi, enerji və terrorizmə qarşı mübarizə sahələrində əməkdaşlığımızın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulandı.

Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin müxtəlif sahələrdə yaxşı nəticələr verdiyi bildirildi, əməkdaşlığımızın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.



Teqlər:  





Xəbər lenti