İlham Əliyev bp prezidenti ilə görüşdü

  02 May 2013    Oxunub : 526
İlham Əliyev bp prezidenti ilə görüşdü
Azərbaycan prezidenti İlham Əliyev bu gün bp Şirkətinin prezidenti Robert Dadlini qəbul edib.

AzVision.az xəbər verir ki, görüşdə Azərbaycan ilə bp Şirkəti arasında uzunmüddətli uğurlu əməkdaşlığın mövcud olduğu bildirilərək əməkdaşlığımızın strateji xarakter daşımasından məmnunluq ifadə edilib.

Bp Şirkətinin prezidenti Robert Dadli “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda görülən işlər barədə dövlətbaşçısına məlumat verib.

Söhbət zamanı “Şahdəniz” yatağında işlərin uğurla həyata keçirildiyi vurğulandı, əməkdaşlığımızın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Teqlər: