MTRŞ sədri: “Hər kəs efirə çıxmalı deyil”

MTRŞ sədri: “Hər kəs efirə çıxmalı deyil”
  02 May 2013    Oxunub:1031
“Azərbaycan telekanalarında bədii şuranın yaradılmasına başlamışıq”
AzVision.az xəbər verir ki, bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli “Ümumdünya Mətbuat Azadlığı Günü”nə həsr olunmuş tədbirdə deyib.

Çıxışı zamanı bir çox məsələlərə toxunan MTRŞ sədri bildirib ki, hazırda telekanallarda siyasi verilişlər cəmi 10 faiz təşkil edir. “Siyasi verilişlər cəmi 10 faiz təşkil edir. Digərləri isə 90 faizdir. Biz bunun üstündə işləyirik, bizə də deyirlər ki, yox 10 faizinin üstündə çalışın”.

Bədii Şuranın yaradılması ilə bağlı danışan Nuşirəvan Məhərrəmli bildirib ki, televiziyada dil və üslubun pozulması ilə bağlı Azərbaycan telekanalarında bəddi şuranın yaradılmasına başlanılıb. “Biz artıq bu işə başlamışıq. Yaxın vaxtlarda bunu mətbuata açıqlacayıq. Bizim səlahiyyətlərimiz çərçivəsində biz yalnız məsləhət verə bilərik. Ancaq biz çərçivədən kənar efir mədəniyyətinə gəlib çıxmışıq. Bu barədə əsasən televiziya rəhbərləri düşünməlidir. Hər kəs efirə çıxmalı deyil. Cəmiyyətdə bir mövqe tutacaq insan efirə çıxa bilər. Aparıcı 9 milyonluq auditoriyanı nəzərə almalıdır”-deyə, N.Məhərrəmli əlavə edib.

Telviziyaların rəqəmsal yayımda keçidi ilə bağlı danışan N.Məhərrəmli bildirib ki, indi rəqəmsal yayımla məşğuldular: “Biz bu ilin sonunda qədər rəqəmsal yayıma keçəcəyik. Bir çox televiziyalar buna hazırdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bununla bağlı işlərin çox hissəsini görüb. Məlum olduğu kimi, bu yaxınlarda peykimiz orbitə qalxdı. Bu da bizim kanalların daha yaxşı yayımlanmasına gətirib çıxaracaq”.

Anar


Teqlər:  





Xəbər lenti