“Azərbaycan mətbuatı azaddır” - Əflatun Amaşov

“Azərbaycan mətbuatı azaddır” - Əflatun Amaşov
  02 May 2013    Oxunub:1450
“Reklamla bağlı məsələ Mətbuat Şurasının diqqət mərkəzindədir”.
AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov “Ümumdünya Mətbuat Azadlığı Günü”nə həsr olunmuş tədbirdə deyib.

“Sabah ümumdünya mətbuat azadlığı günüdür. Bununla bağlı bütün mətbuat nümayəndələrini təbrik edirəm”.

Mətbuat Şurasının sədri dünyada mətbuatın keçdiyi yoldan danışıb: “Hökumət mətbuatın azadlığını təmin etməli, jurnalistlər azad olaraq informasiya almalıdır. BMT bununla bağlı hər zaman bəyanatlar verir. Bu gün bizim ölkəmizdə də qeyd olunur”.

“Azərbaycanda mətbuat azaddır. Bütün hər yerdə xəbər çatdırılır. Son dövlər baş verən əsgər ölümləri bağlı deyə bilərəm ki, bütün bu xəbərlər necə olsa da mətbuata çıxır. Sosial şəbəkələr çox mühüm rol oynayır. Azərbaycanda liberal qanun mövcuddur. “Diffamasiya” haqqında qanun qəbul olandan sonra daha çox yetkin olacaq.

Medianın iqtisadi durumu və reklam bazarının Mətbuat Şurasını da narahat etdiyini bildirən Ə.Amaşov bildirib ki, dövlət kütləvi informasiya vasitələrinə dəstək göstərir. “Reklamla bağlı məsələ Mətbuat Şurasının diqqət mərkəzindədir. Bir neçə layihə üzərində işləyirik. Əminəm ki, yaxın vaxtlarda bununda öhdəsində gələcəyik”.

Anar


Teqlər:  





Xəbər lenti