Mövqelərimiz atəşə tutulub

Mövqelərimiz atəşə tutulub
  02 May 2013    Oxunub:1108
Ermənilər atəşkəs rejimini növbəti dəfə pozub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub.

Tərtər rayonunun işğal olunmuş Çaylı, Qızıloba, Ağdam rayonunun Yusifcanlı, Sarıcalı, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qaraxanbəyli və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

AzVision.az


Teqlər:





Xəbər lenti