Bakıda yanğın-30 nəfər təxliyə olundu

Bakıda yanğın-30 nəfər təxliyə olundu
  01 May 2013    Oxunub:1139
Yanğın Bakı şəhəri, Binəqədi rayonunda 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 34 kv.m olan ikiotaqlı mənzilin yataq otağında yataq dəsti və mebel 10 kv.m sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 30 nəfər bina sakini (7 nəfər azyaşlı) təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az



Teqlər:  





Xəbər lenti