Nazirlik Ebolaya qarşı geyim alacaq

Nazirlik Ebolaya qarşı geyim alacaq
  19 Oktyabr 2014    Oxunub:1546
Ukrayna Səhiyyə Nazirliyi tibb işçilərini Ebola virusundan qorumaq məqsədilə onlar üçün xüsusi geyim və xüsusi qorunma vasitələri almağın mümkünlüyünü nəzərdən keçirir.
AzVision.az AzərTac-a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri vəzifəsini icra edən Vasili Lazorişinets məlumat verib.

V.Lazorişinets Səhiyyə Nazirliyinin kollegiyasında çıxış edərək deyib: “İlk növbədə, tibbi heyət, tibb işçiləri zərər çəkir. Buna görə biz virusa yoluxmaqda şübhəli bilinən adamlarla işləyəcək tibb işçiləri üçün xüsusi geyim alınmasını və bu şəxslərin qorunmasını nəzərdə tutmalıyıq”.
Nazir vəzifəsini icra edən həm də virusun Ukraynaya keçməsinin qarşısını almaq və vəziyyətə nəzarət etmək məqsədilə Milli Tibb Elmləri Akademiyasının mütəxəssislərini, Dövlət Sərhəd Xidmətinin, Miqrasiya Xidmətinin, Təhsil Nazirliyinin və Xarici İşlər Nazirliyinin nümayəndələrini cəlb etməklə idarələrarası işçi qrup yaradılması barədə tapşırıq verib.


Teqlər:  





Xəbər lenti