İrandakı səfirliyimiz: “Bu haqda məlumatımız yoxdur”

İrandakı səfirliyimiz: “Bu haqda məlumatımız yoxdur”
  01 May 2013    Oxunub:1049
Məsələ araşdırılacaq gün ərzində alimlərin həbsi ilə bağlı xəbərə aydınlıq gətiriləcək.
AzVision.az-a bu barədə Azərbaycanın İran İslam Respublikasındakı səfirliyindən məlumat veriblər. Səfirlikdən bildiriblər ki, Təbrizdə həbs edilən Xalidə Xalid və onun köməkçisi Şamax ilə bağlı məsələdən məlumatsızdırlar.

Səfirlikdən verilən məlumata görə, səfirlikdə bu barədə məlumat yoxdur. Məsələ araşdırılacaq və gün ərzində onların həbsi ilə bağlı xəbərə aydınlıq gətiriləcək.

Qeyd edək ki, İranın Təbriz şəhərində azərbaycanlı yazıçı Xalidə Xalid və hələlik kimliyi ictimaiyyətə məlum olmanan Şamax adlı köməkçisi tutulub.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti