İstanbul Shopping Festival təqdim olundu

İstanbul Shopping Festival  təqdim olundu
  01 May 2013    Oxunub:1313
Keçən ilin iyun ayında festivalla bağlı İstanbula gedən azərbaycanlıların sayı 35 % artıb.
Bu gün Bakıda, Park İNN oteldə 8-30 iyun tarixlərində keçiriləcək İstanbul Shopping Festivalının tanıtım mərasimi keçirilib. AzVision.az xəbər verir ki, tanıtım mərasimində festivalın Təşkilat Komitəsinin sədri Vahab Küçük, Təşkilat Komitəsinin üzvü Hüseyin Doğan, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət üzrə müşaviri Seyid Əhməd Arslan və azərbaycanlı sənətçilər Alim Qasımov və Tünzalə Ağayeva iştirak edib.

İstanbul Shopping Festivalının təşkilat komitəsinin sədri Vahab Küçük çıxışı zamanı bu il 3-cü dəfə keçiriləcək alış-veriş və əyləncə festivalının məqsədinin İstanbul şəhərinin dünyaya daha yaxşı tanıdılması olduğunu deyib. V.Küçük bildirib ki, keçən ilin iyun ayında festivalla bağlı İstanbula gedən azərbaycanlıların sayı 35 % artıb.

“Hər il olduğu kimi bu ildə festivalın tanıtımına Azərbaycandan başladıq. Bu, bir daha aramızda olan dostluq və yaxınlığın göstəricisidir. Bu il türk markalarına böyük maraq göstərən azərbaycanlıların sayının daha da artacağını gözləyirik”.

Əsas məqsədin İstanbulun dünyanın alış-veriş mərkəzlərindən birinə çevirmək olduğunu bildirən V.Küçük bu il festivala qatılan turistlərə yeni bir xidmət təqdim olunacağını deyib:

“ Bu il həyata keçirdiyimiz İSF Traveler Card əldə edən turistlər festival çərçivəsində hotel və restoranlarda özəl endirim xidmətlərindən yararlana biləcəklər”.

Xatırladaq ki, ötən il olduğu kimi bu ildə İstanbul Shopping Festivalının tanıtım mərasiminə Bakıdan başlandı.

Anar


Teqlər:  





Xəbər lenti